Gəncənin şagirdləri “Nə? Harada? Nə zaman? ” intellektual oyunu üzrə respublika çempionatında uğur əldə ediblər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, “Kapital Bank” və “Təhsil Oyunları Platforması”nın birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə respublika çempionatı keçirilib.
İntellektual bilik yarışında Gəncə şəhərini Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin “Xarıbülbül” komandası təmsil edib.
İki mərhələdə keçirilən çempionatın seçim oyunu onlayn baş tutub. Birinci mərhələdə ilk üçlükdə yer alan “Xarıbülbül” komandası ikinci mərhələdə uğurlu cavabları ilə ilk beşlikdə yer qazanmağa nail olub.