Gəncə Qan Bankında keçirilən aksiya Beynalxalq Hemofiliya gününə həsr olunub. Mərkəzi Qan Bankının Gəncə bölməsinin baş həkimi Tahirə Məmmədovanın verdiyi məlumata görə, aksiyada şəhərin müxtəlif idarə və müəssisələrindən, eləcə də ali təhsil ocaqlarından 100-ə yaxın şəxs könüllü olaraq qan verib.
Mərkəzi Qan Bankının Gəncə bölməsinin baş həkimi Tahirə Məmmədova:
“Hər ay hemofiliya xəstəliyindən əziyyət çəkənlərə qan lazım olur. Belə xeyriyyə tədbirləri təşkil etməkdə əsas məqsədimiz sağlam insanlar arasında maarifləndirmə işlərini gücləndirmək, həmçinin, əhalini talessimiya və hemofiliya xəstələri üçün qan verməyə dəvət etməkdir”.
Qeyd edək ki, aksiya gün ərzində davam edəcək.
Mənbə: ganjanews.az