Bakıda ağır atletika idman növü üzrə “Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmə, gənclər və böyüklər arasında Respublika çempionatı keçirilib.
“Təhsil” Respublika idman mərkəzinin Gəncə filialı baş məşqçi Nahid Vəliyevin rəhbərliyi altında 7 idmançı ilə təmsil olunub. Nizami yurdunun təmsilçiləri bu yarışda uğurla çıxış edərək şəhərimizə 4 medalla dönüblər.
Yeniyetmələr arasında 56 kq çəkidə çıxış edən İmaməddin Məmmədli gümüş mükafata sahib olub. Digər bir yeniyetmə idmançımız +77 kq Ayxan Cəfərov üçüncülüklə kifayətlənib. Gənclərin mübarizəsində son Azərbaycan çempionatının qalibi İilkin Kazımov baş mükafata sahib olub. O, 62 kq çəki dərəcəsində bütün rəqiblərindən açıq-aşkar üstün olub. Kişilər arasında isə Tural Həsənov 77 kq da qüvvəsini sınayıb. Təcrübəli atletimizdə öz növbəsində çempionluq sevinci yaşayıb.
Qeyd edək ki, bu idmançılar gələn ay düzənlənəcək ölkə kubokunda iştirak edəcək.
Fariz Əliyev