UAFA Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar, onların ailə üzvləri və gənc dostları üçün tarixi məkanlara virtual ekskursiyalar təşkil edir. Növbəti belə virtual ekskursiya Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun “İmamzadə” Ziyarətgah Kompleksinə, Comərd Qəssab Türbəsinə və Mirzə Şəfi Vazeh muzeyinə olub.
Gəncə İƏRM-dən bəhrələnən uşaqlara “ZOOM” proqramı vasitəsilə sözügedən tarixi məkanlar barədə ətraflı məlumat verilib, foto və videolar nümayiş etdirilib.
Tarixi məkanlara virtual ekskursiya AR Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun dəstəyi ilə reallaşıb.
Qeyd edək ki, tarixi məkanlara virtual ekskursiya “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində təşkil olunur. Layihə EU-Delegation(Avropa Ittifaqının) maliyyə dəstəyi, Unicef Azerbaijan və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və United Aid For Azerbaijan (UAFA) təşkilatının Gəncə İƏR və Şirvan İƏR Mərkəzlərinin birgə əməkdaşlığı ilə həyata keçirilir.