Gəncə “ASAN xidmət” Mərkəzinin könüllüləri nur şəhəri Mingəçevirdə olublar. Bu dəfə könüllülər vətəndaşlara xidmət etmək üçün yox, Kür çayının sahillərində salınan şəhərlə yaxından tanış olmaq üçün gediblər. Gənclər şəhəri, xüsusən su hövzəsini, sahili boyunca yaraşıqlı parkları, tarix muzeyini gəziblər.