“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icra etdiyi “Region gəncləri üçün robotexnika mühəndisliyi təlimləri” layihəsi yekunlaşıb. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən layihədən Gəncə, Qazaxı və Şəmkir məktəbliləri yararlanıblar.
Layihə çərçivəsində hər şəhər və rayonda 3 gün ərzində məktəblilər üçün təlimlər keçirilib. Ümumilikdə 75 nəfər şagirdə robototexnika sahəsində ilkin bacarıqlar və məlumatlar aşılanıb. Təlimlər zamanı şagirdlər (VI – VIII-ci siniflər) robotların dizayn edilməsi, qurulması, idarəedilməsi metodlarını və informasiya emalı üçün yaradılan komputer sistemləri barədə məlumatlar əldə ediblər.