22 fevral saat 10-da “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə ölkəmizin gələcəyinin rəhnidir” devizi ilə konfrans keçiriləcək.
Gəncə şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər təşkilatı, Gəncə şəhər Ağsaqqallar Şurası və ali təhsil müəssisələrinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Texnologiya Universitetinin akt zalında reallaşacaq.
Konfransda müxtəlif istiqamətlər üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.