27 Sentyabr – Anım Günündə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini yad etmək məqsədilə silsilə tədbirlər həyata keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyi və bölmələrinin təşkilatçılığı ilə gənclər rayon ərazisində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib, Ümumilli Lider və bu yolda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra müharibə iştirakçıları, qazilər, ekspertlərin iştirakı ilə görüşlər keçirilib, müharibənin gedişatı, uğurlu əks-hücum əməliyyatı, şanlı qələbəmizdən sonra böyük qayıdışa atılan inamlı addımlar, işğaldan azad olunmuş ərazilərimizin yenidən dirçəldilməsi, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə uğurlu keçirilən antiterror tədbirləri haqqında gənclər məlumatlandırılıb.
Eləcə də Anım Gününə həsr edilmiş rəsm sərgisi, ağacəkmə aksiyası baş tutub, filmlər nümayiş etdirilib.