Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının kollektivi, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, təşkilatın könüllüləri Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, onun əziz xatirəsini böyük hörmət və sonsuz minnətdarlıq hissləri ilə anıblar.
Dünyanın Ən Böyük Azərbaycanlısı dahi Heydər Əliyevə dərin məhəbbət bəsləyən, müdrik ideyalarını əməllərində və əqidələrndə yaşadan partiya fəalları Ümummilli Liderin əziz xatirəsini əbədiləşdirdiklərini, uca tutduqlarını təravətli gül-çiçək dəstələri ilə ifadə ediblər.


