Milli Məclisin deputatı Müşfiq Cəfərov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov və YAP Gəncə şəhər təşkilatının əməkdaşları Gəncənin Şəhidləri Xiyabanında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Onlar torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanları yad edərək, ölməz qəhrəmanlarımıza ehtiramını ifadə ediblər.
Şəhidlərin ailə üzvləri ilə görüşərkən bildirilib ki, biz şəhidlərimizin ruhları qarşısında baş əyir, əzəli və əbədi torpağımız olan Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə səbr diləyirik. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini əziz tutur.