Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülür. Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır. Gəncədə də bu işlər geniş vüsət alıb. Belə ki, şəhərin küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir.
Bu gün isə dezinfeksiya işləri şəhərin “Sevinc” və “Natəvan” adlanan qəsəbələrində aparılıb. Qəsəbələrin küçələri və fərdi yaşayış evlərinin həyətyanı əraziləri xüsusi məhlulla dezinfeksiya edilib.
Ümumiyyətlə isə gündəlik aparılan dezinfeksiya işləri şəhərin mərkəzində yerləşən küçələri, əhali sıxlığı təşkil edən bütün əraziləri, o cümlədən, Cavad xan küçəsini, xan bağını, açıq hava idman qurğularını, poçt şöbələrinin, bankların, bankomatların qarşısını, yaşayış binalarının girişlərini, parkları, bulvarı, istirahət məkanlarının ərazilərini əhatə edir.