Gəncənin məktəb direktoru mükafatlandırılıb

Gəncə şəhər 3 saylı tam orta məktəbin direktoru Vüsalə Səfərova “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində keçirilən Respublika pedaqoji mühazirələrinin yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə Tərifnamə ilə təltif edilib.

Xatırladaq ki, pedaqoji mühazirələr 2 mərhələdə təşkil olunub. Rayon (şəhər) mərhələsinin qaliblərinin mühazirələri respublika mərhələsinə təqdim olunub. Respublika mərhələsində proqrama 14 bölmə üzrə 114 pedaqoji mühazirə daxil edilib. Mühazirələr hər bölmə üzrə dinlənilib və 10 ballıq sistemlə qiymətləndirilib.

Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönümlü təkliflər hazırlamaqdan ibarətdir.

Hicran Məmmədova :