Prezident İlham Əliyev Azərbaycan incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı Gəncə Dövlət Dram Teatrının səhnəsində fəaliyyət göstərən Xalq artisti Qurbanova Pərvanə Yaqub qızı, Gəncə Dövlət Dram Teatrının Baş rejissoru Əhmədov Elşad Eldar oğlu və Gəncə Dövlət Kukla Teatrının Baş rejissoru Məmmədli Şamil Kamil oğlu Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüblər.



