Niyazi Bayramov yaşayış binasındakı partlayışla bağlı REAL-a danışıb
Gəncədə partlayış baş verən bina qəzalı vəziyyətə düşüb.
Bunu REAL-a eksklüziv açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov deyib.
Onun sözlərinə görə, binada yaşamaq təhlükəli olduğundan sakinlər köçürülüb.
Sakinlər müvəqqəti olaraq başqa binada yerləşdiriliblər. Bina yeni təmir olunub, bütün lazımi şaraitlə təmin edilib.
Bir neçə gündən sonra ekspertlər rəy verəcək və bundan sonra sakinlərin kirayə evlə təmin edilməsi məsələsinə baxılacaq.