Gəncə şəhərində bələdiyyə seçkiləri davam edir. Seçki dairələrində şəffavlıq müşahidə olunur. 39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsinin sədri Elbar Əhmədov qeyd edib ki, dairə üzrə 29 açıq, 2 qapalı məntəqə var. DSK üzrə seçici sayı 41 568 nəfərdir.
Elbar Əhmədovun sözlərinə görə, onlardan 2 418 nəfəri qapalı məntəqədə səs verəcək. 39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsinin 9 məntəqəsində veb-kamera quraşdırılıb. O qeyd edib ki, DSK üzrə 18 yaşı tamam olan 249 nəfər ilk dəfə səs verəcək. Onlardan 4 nəfərinin 18 yaşı elə seçki günü, yəni 23 dekabr tarixində tamam olur. DSK üzrə ən yaşlı seçici Babayeva Yəmən Mürsəl qızıdır. 1916-cı ildə anadan olub, hazırda 103 yaşı var.
Həmçinin, 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsində də seçkilər davam edir. DSK sədri İmamyar İsmayılov bildirib ki, dairə üzrə 30 məntəqə var. DSK üzrə seçici sayı 42 085 nəfərdir. 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsinin 11 məntəqəsində veb-kamera quraşdırılıb. DSK üzrə 18 yaşı tamam olan 283 nəfər ilk dəfə səs verəcək. Onlardan Məmmədov Bayram Yaşar oğlunun 18 yaşı elə seçki günü, yəni bu gün tamam olur.
Qeyd edək ki, üç bələdiyyə üzrə ümumilikə 145 namizəd qeydə alınıb.