Gəncəli rejissor “Tərəqqi” medalı ilə təltif olunub.
Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Təltif olunanlar arasında tanınmış rejissor Rövşən İsax da var. O, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncə şəhərində anadan olub. Tam və qısametrajlı bədii, habelə onlarla reklam filminin müəllifidir. Ona “Aktrisa” filmi, “Pərvanələrin rəqsi”, “Vicdan haqqı”, “Yuxu kimi” serialları məşhurluq gətirib.