Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
K-44 kateqoriyasında çıxış edən yığma üzvü finalda türkiyəli Fatih Çeliki məğlub edib.
O, həlledici görüşədək Austin Osner (ABŞ) və Giorgi Nikoladzedən (Gürcüstan) də güclü olub.
Bu, Xəlilovun ardıcıl 2-ci Avropa çempionluğudur. Yığmanın lideri bir il öncə Rotterdamda da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.