Hörmətli şəhid ailələri, müharibə iştirakçıları, sakinlər və şəhərimizin qonaqları!
Sizi, 08 noyabr 2023-cü il tarixində, saat 18:00-da Gəncə şəhərinin Heydər Əliyev adına meydanında (Gəncə Şəhər İcra Hakimiyyətinin İnzibati binasının qarşısı) 8 Noyabr – Zəfər Günü münasibəti ilə təşkil olunacaq konsert proqramını izləməyə dəvət edirik. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.