Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub. Aksiya Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının və Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Heydər Əliyev Park-Kompleksinin ərazisində təşkil olunan aksiyada millət vəkili Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, ictimaiyyət nümayəndələri və partiya fəalları iştirak ediblər.
Aksiyadan əvvəl ağacların əkiləcəyi ərazidə abadlıq işləri aparılıb. Yeni əkilən ağaclar suvarılıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstərilib.