Gəncədə süd və süd məhsulları istehsal edən kombinat tikiləcək

Gəncədə süd və süd məhsulları istehsal edən kombinat tikiləcək.

Bu fikir Belarus Respublikasında işgüzar səfərdə olan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin Belarusun baş nazirinin müavini Mixail Rusıy ilə görüşdə səsləndirilib.

Görüşdə Azərbaycan-Belarus əlaqələrindən söz açılıb, Gəncə Avtomobil Zavodu ilə “Belkommunmaş”ın əməkdaşlıq imkanları müzakirə olunub, süd məhsullarının birgə istehsal imkanları gözdən keçirilib.

Qeyd edək ki, süd və süd məhsulları istehsal edən kombinatın istifadəyə verilməsi heyvandarlıq məhsullarına olan tələbatı yaxşılaşdırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına da səbəb olacaq.

Hicran Məmmədova :