Şəhərimizdə seçicilərin növbədənkənar prezident seçkilərində səsverməsi üçün bütün məntəqələr bu gün, fevralın 7-də tam tərkibdə fəaliyyət göstərir. Ümumilikdə 4 seçki dairəsi var: 38 saylı Gəncə birinci, 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə – Samux – Goranboy seçki dairələri. Şəhər üzrə 133 seçki məntəqəsi fəaliyyət göstərir.
Nizami yurdunda 180 min 582 nəfər səsvermə hüququ olan vətəndaş var. Səhər saatlarından bütün məntəqələrdə yüksək seçici fəallığı müşahidə edilir. Səsvermə üçün gələ bilməyən vətəndaşların evinə isə səsvermə qutuları aparılır.
Qeyd edək ki, proses saat 19:00-da başa çatacaq.