22 sentyabr 2022-ci il tarixində saat 17:00 da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” operettası nümayiş olunacaq.
yenigence.com-a Gəncə Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə operetta Azərbaycan Akademik Musiqi teatrının kollektivi tərəfindən Gəncə sakinlərinə və şəhərimizin qonaqlarına təqdim ediləcək.
Qeyd edək ki tamaşa Üzeyir Hacıbəylinin 14-cü Beynəlxalq Festivalı çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Akademik Musiqi Teatrının dəstəyi ilə keçiriləcək.