Gəncə şəhərində Vətən müharibəsi zamanı raket zərbələri nəticəsində dağılan evlərin yenidən tikilməsinə başlanılıb.
İlkin mərhələdə 24 ev sıfırdan tikiləcək. 1598 mənzil isə təmir və bərpa ediləcək. Tikiləcək, həmçinin təmir ediləcək evlərin sırasında fərdi yaşayış evlərlə yanaşı çox mənzilli binalarda var.
Bu rəqəmlər son deyil dekabr ayında erməni terroru nəticəsində zərər görən vətəndaşların Nazirlər Kabineti yanında yaradılan xüsusi komissiyaya müraciətindən sonra işlər davam etdirilir. Nəticə etibarı ilə yenidən tikiləcək və təmir olunacaq evlərin sayı artacaq.


