38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə deputatlığa namizəd Eldar Zahid oğlu Aslanov və Sevil Şərif qızı Yusifova artıq seçki pozuntusuna yol verməyə, səsvermə prosesinə müdaxilə etməyə başlayıblar. Onlar məntəqə sədrlərinə lazımsız suallar verərək, seçki prosesinə müdaxilələr ediblər.
40 saylı Kəpəz ikinci(Gəncə) seçki dairəsi üzrə namizədlər Zeynalova Sitarə Mehdi qıızı və Cabbarov Mirhəsən Miri öğlu da dairə üzrə məntəqələrdə seçki prosesinə mane olmağa çalışıblar. Belə ki, Sitarə Zeynalova Dairənin əksər, o cümlədən, 12 və 18-ci məntəqə seçki komissiyalarına gələrək, komissiya üzvlərinə təsir göstərir, onları hədələyir, belə demək mümkündə, onları öz xeyrinə saxtakarlıqlara sövq edir. Namizəd Mirhəsən Cabbarov da artlq eyni qanun pozuntularına yol verib, Seçki Məcəlləsinin qaydalarını pozaraq seçki məntəqəsində təbliğat aparıb.
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən olan namizəd Sitarə Zeynalova
seçkinin keçirilməsinə nəzarət edən şəxslərə prosesdə saxtakarlığa yol verilməməsi ilə bağlı fikir bildirib. Namizəd həmçinin səs vermək üçün məntəqələrə daxil olan hər kəsin şəklinin çəkilib ona göndərilməsi ilə bağlı təlimat da verib. Sitarə Zeynalovanın komandasından olan müşahidəçilər seçiciləri öz namizədlərinin xeyrinə səs verməyə təşviq edib.
Qeyd edək ki, həmin dairədən S. Zeynalovanın oğlu Ramil Səfərov da deputatlığa namizəddir.
Xatırladaq ki, namizədin seçki günü təbliğat-təşviqat aparması, seçki məntəqələrinə daxil olması qanun pozuntusudur.