Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə uyğun olaraq, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tərəfindən şəhər ərazisində yaşayış və qeyri yaşayış binalarının qəzalı vəziyyətdə olan eyvanlarında, dam örtüklərində, həmçninin novdanlarında təmir-bərpa işləri həyata keçirilir.
Nizami Gəncəvi prospektində yerləşən bina 10, mənzil 45 və Fikrət Əmirov küçəsi bina 18, mənzil 20 ünvanlardakı mənzillərin eyvanlarının dam örtükləri yenilənib. İşlərə MKTİB-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qeyd edək ki, bu kimi işlər mütəmadi olaraq həyata keçirilir.