Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Akademik Z.Məmmədov adına xəstəxananın Radiologiya şöbəsində Maqnit Rezonans Tomoqrafiya (MRT) cihazı quraşdırılıb və artıq istifadəyə verilib.
Bu barədə yenigence.com-a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, MRT 7/24 vətəndaşlara xidmət göstərəcək. Nəticələrə uzman həkim Əli Dadaşov rəy verir.
Qeyd edək ki, tibbi göstəriş əsasında MRT müayinəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənişsiz qarşılanır.