Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “İri Şəhərlərdə Birləşmiş Su Təchizatı” PHŞ-nin idarə heyətinin sədri vəzifəsini icra edən Tahir Xəlilov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müşaviri Ehtibar Məmmədovla görüşüb.
Görüşdə Gəncə şəhərində həyata keçirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin icra vəziyyəti müzakirə olunub. Qeyd olunub ki, hazırda layihənin icrası şəhərin bir neçə hissəndə davam edir.
Söhbət zamanı Gəncənin Heydər Əliyev Park-Kompleksində yerləşən süni gölün yenidən qurulması məsələsi və burada görülən işlər də müzakirə edilib.
Tahir Xəlilov və Ehtibar Məmmədov “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində görülən işlərlə yerində tanış olub, Heydər Əliyev Pakr-Kompleksinin ərazisindəki süni gölə baxış keçiriblər.