Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun tapşırığına əsasən, şəhərdə abadlıq-quruculuq işləri durmadan davam edir. Hər gün şəhərin müxtəlif ərazilərində Mənzil Kommunal Təssərüfat İstehsalat Birliyinin əməkdaşları tərəfindən təmizlik işləri aparılır, yaşıllıqlar salınır, işıq dirəkləri yenilənir və digər tədbirlər görülür.
Bu günlərdə də analoji işlər Gəncənin Fikrət Əmirov və Qələbə parklarında aparılıb. Burada MKTİB-nin yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən mövsümü gül-çiçək və palma ağacları əkilib. Fikrət Əmirov parkının ərazisində ümumilikdə 1000 ədəd, Qələbə parkında isə 500 ədəd yeni mövsümü bitkilərin əkini həyata keçirilib.
Eyni zamanda, MKTİB-nin işıqlandırma şöbəsinin əməkdaşları tərəfindən Qələbə parkında 28 ədəd işıq dirəyi quraşdırılıb. Parkın işıqlandırma sistemi ən müasir standartlara cavab verən led lampaları ilə təhciz olunub.
Qeyd edək ki, hər iki parkın ərazisində aparılan abadlıq-quruculuq işləri davam etdirilir və sakinlərin burada dincəlməsi üçün bütün lazımi tədbirlər görülür.