Azərbaycan Dövlət Aqrar Universitetində Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə tədbir təşkil olunub.
Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə Respublikasının Dövlət Himnləri səsləndirilib.
Çıxış edən Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov və ADAU-nun Tədris işləri üzrə prorektoru Əhməd Məlikov bildiriblər ki, Mustafa Kamal Atatürkün Samsuna çatma tarixi olan 19 may onun öz istəyi ilə hər il Gənclik və İdman bayramı kimi qeyd edilir. Bayrama “Atatürkü Anma” əlavəsi isə 1981-ci ildə olunub və həmin vaxtdan bu günədək hər il rəsmi qaydada 19 may Atatürkü Anma, Gənclik və İdman bayramı kimi keçirilir.
Tədbirdə mövzu ilə əlaqədar videoçarxlar da nümayiş olunub.
Sonda tədbirə həsr olunan basketbol yarışı keçirilib və qalib komandalar mükafatlandırılıb.