Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Əzm Marafonu” keçirilib. Tədbir Gəncə şəhər Heydər Əliyev adına Park- Kompleksində baş tutub.
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi , Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqınının, Azərbaycan Texnologiya Universitetinin, Gəncə Gənclər Evinin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığını ilə reallaşan tədbirdə 250 gənc qalib adı uğrunda mübarizə aparıb.
Tədbirdə iştrak edən Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının Sədr vəzifəsini icra edən Nurəddin İbrahimov, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Gülnar Fazilqızı, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının əməkdaşı Eldar Qurbanov iştirakçılara xoş ürək sözlərini bildirdilər.
Marafonun yekununda yer tutan ilk on nəfər gənc diplom və hədiyyələrlə təltif olunub.