Qadın voleybolçulardan ibarət “Gəncə” komandasının məşqçilər heyətində yeni təyinat olub.
Klubdan verilən məlumata görə, qərb təmsilçisi argentinalı İqnasio Aqustin İbarra ilə anlaşıb. Mütəxəssislə bir illik müqavilə imzalanıb.
O, komandanın baş məşqçisi Sergey Çasnavitskinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.
İqnasio Aqustin İbarra son olaraq Argentinanın “Sirkulo La-Plata” klubunda çalışıb.
Komanda daha əvvəl belaruslu məşqçi Vladimir Moysiyeviçi heyətinə qatıb.
Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gənc” heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir. Hazırlığa start verən komanda Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıb.