Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhəri, Kəpəz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, partiyamız öz fəaliyyətində qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürür, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir. Bayram Aslanov yanvarın 29-da reallaşacaq bələdiyyə seçkilərinin də beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun keçiriləcəyinə əminliyini xüsusi ilə vurğulayıb.
Bələdiyyə üzvlüyünə namizədlər Ümid Şükürov, Zümrüd Qəhrəmanova çıxış edərək bildiriblər ki, bələdiyyələrin qarşısında yeni vəzifələr dayanır.
Tədbirdə çıxış edən seçicilər də uğurlarımızın davamı naminə bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini dilə gətiriblər.