Gəncə şəhəri Təhsil İdarəsinin direktoru Zakir Hüseynov koronovirus pandemiyası ilə mübarizədə dövlətimizə və həmvətənlərimizə dəstək estafetinə qoşulub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq Zakir Hüseynov 500 (beş yüz) manat məbləğində COVİD-19 Mübarizəyə Dəstək Fonduna köçürüb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.