Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 22 İyul – Milli Mətbuat Günü münasibətilə media subyektləri nümayəndələrinə təbrik ünvanlayıb. Təbrikdə deyilir:
“Hörmətli media subyektləri nümayəndələri,
Əsası görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən qoyulan, Azərbaycanın ilk mətbu nümunəsi olan “Əkinçi” qəzetinin yaranmasından 148 il ötür. Azərbaycan mətbuatı “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçib.
Mətbuat cəmiyyət həyatının, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının güzgüsüdür. Ümid edikrik ki, Azərbaycan jurnalistikası cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.
Sizi, 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə uğurlar arzulayırıq.
Gəncə şəhərinin ictimai-siyasi və mədəni həyatında baş verənlərin obyektiv qaydada işıqlandırılmasındakı fəaliyyətinizə, habelə Gəncə Şəhər İcra Hakimiyyəti ilə səmərəli əməkdaşlığa görə sizə təşəkkürümüzü bildiririk.
Qələminiz iti, sözünüz kəsərli olsun! Gününüz mübarək!”.