“Bilik və Maarifçiliyin Inkişafı” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınin maliyyə dəstəyi ilə “Sahibkar düşüncə tərzinin təşviqi ilə peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılması” layihəsinin icrasını Gəncədə davam etdirir.
Layihə fəaliyyətləri Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində icra edilir.
Layihənin əsas məqsədi sahibkar düşüncə tərzinin təşviqi ilə peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılması və bunun əsasında onların məşğulluq probleminin həllinə yardım etməkdir.
Beynəlxalq Əmək Təşkilatının “Bizneslə tanışlıq” modulu üzrə aparılan təlim sessiyasında təşkil edilən “biznes oyunlar” peşə məktəbi məzunlarının və şagirdlərinin böyük marağına səbəb olub.
Keçirilən təlim və seminarlar zamanı gənclərin biznes və özüznüməşğulluq fəaliyyətinə başlamaları üçün onlarda özünəinamın vacibliyi, biznes ideyaların həyata keçirilməsində qeyri-standart düşüncə tərzinin və fərqli yanaşmanın nümayiş etdirilməsi, biznes fəaliyyətin gələcək karyeranın qurulmasında alternativ seçim variantı olması ilə bağlı müzakirələrə xüsusi diqqət yetirilib.
Layihənin növbəti mərhələsində peşə məktəbi məzunları və şagirdlərinə “Sahibkarlıq fəaliy-yətinin əsas hüquqi formaları”, “Biznes planın hazırlanması”, ”Elektron xidmətlərdən istifadə” və digər aktual mövzularda məlumat-məsləhət xidmətləri göstəriləcəkdir.