Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə 2-3 fevral tarixlərində Bakı Konqres Mərkəzində Gənclər Günü münasibətilə “İntellektual klubların Gənclər kuboku” intellektual çoxnövçülük turniri keçirilib. Turnirdə Nizami yurdunu “Gəncə” və “Kəpəz” komandaları təmsil edib.
68 komanda iştirak etdiyi turnir özündə 90 sualdan ibarət “Nə? Harada? Nə zaman?”, “Breyn-Rinq” və “Erudit Kvartet” oyunlarını birləşdirib.
2 günlük mübarizənin sonunda Gəncə komandası “İntellektual klubların Gənclər kuboku” intellektual çoxnövçülük turnirinin “Regionlar Kuboku”nda II yerə sahib olub. 1-ci yeri Sabirabad, 3-cü yeri isə İsmayıllı klubu tutub.