Gəncə Dövlət Universitetində 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini izləmək məqsədilə mediatur təşkil olunub. Mediaturda şəhər ziyalıları, Gəncə Şəhər İcra Hakimiyyətinin və media subyektləri nümayəndələri, eləcə də tələbə valideynləri iştirak ediblər.
Əvvəlcə universitetin prorektorları imtahan prosesinin təşkili və keçirilməsi qaydası ilə bağlı məlumat veriblər.
Daha sonra mediatur iştirakçıları auditoriyalarda imtahan prosesini yaxından izləyiblər və imtahanların gedişini kamera vasitəsi ilə izləmək üçün yaradılan müşahidə otağı ilə tanış olublar.
Sonda mediatur iştiraklarının və tələbə valideynlərinin sualları cavablandırılıb.