Gəncə Dövlət Milli Dram Teatrında ingilis yazıçısı Rey Kuninin “Nömrə 13” adlı komediyası nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissoru Şahmar Məmmədovdur. Səhnə əsərində Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, Novruz Cəfərov, Aslan Şirin, Kəmalə Məmmədova, aktyorlar Samir Abbasov, Murad Meyfaliyev, Elmir Məmmədov, aktrisa Şəlalə Rüstəmova və Zeynəb Hüseynova iştirak edirlər.
Qeyd edək ki, tamaşa 31 yanvar tarixində də nümayiş ediləcək.





