Gəncə Dövlət Dram Teatrı 16-26 may tarixlərində qardaş Türkiyə Cümhuriyyətinin Trabzon şəhərində keçirilən “23.Uluslararası Karadeniz Tiyatro Festivalı”nda iştirak edir.
Bu barədə məlumatı Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev verib. Onun sözlərinə görə yaradıcı kollektiv festivalda E. İoneskonun “Kral ölür” tamaşası ilə çıxış edəcək.
“Teatr festivalda Ankara, İstanbul, İzmir, Ərzurum, İtaliya, Norveç, Bolqarıstan və Qazaxıstandan dəvət almış dövlət teatrları ilə eyni səhnəni paylaşacaq. Qeyd edim ki, tamaşanın quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir. Tamaşada rolları əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktrisa Günay Cabbarova və aktyor Ruslan Hüseynov ifa edirlər” – deyə Anar Burcəliyev bildirib.