Yeni Gəncə
  • Azərbaycan
    • Azərbaycan

      Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması…

      22/01/202123/01/2021

      Azərbaycan

      Ceyhun Məmmədov: Cəbrayıldakı məscidlər, məzarlar erməni vandalizminin qurbanı…

      22/01/2021

      Azərbaycan

      20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad…

      20/01/2021

      Azərbaycan

      Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva…

      20/01/2021

      Azərbaycan

      Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində 20 Yanvar faciəsinin…

      20/01/2021

  • Gəncə
    • Gəncə

      27 yaşlı şəhidimiz Gəncədə dəfn edildi FOTO

      23/01/2021

      Gəncə

      Miri Ali və Xəyal Şahin ermənilərin Gəncə terroru…

      22/01/2021

      Gəncə

      Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi, qazi Ruhin…

      22/01/2021

      Gəncə

      Gəncənin 9 yaşlı şahmatçısı Səadət Bəşirli təltif edilib…

      22/01/2021

      Gəncə

      Gəncədə şəhid ailələri və qazilər, həmçinin erməni terroru…

      22/01/202122/01/2021

  • YAP
    • YAP Xəbərləri

      YAP İdarə Heyətinin iclası keçirilmişdir

      19/01/2021

      YAP Xəbərləri

      Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib

      16/01/2021

      YAP Xəbərləri

      Parlamentdə YAP-ın ilk ərazi təşkilatının tədbiri keçirilib

      12/01/202114/01/2021

      YAP Xəbərləri

      Sevinc Fətəliyeva: Azərbaycan dünyanın ən sürətlə inkişaf edən…

      04/01/202104/01/2021

      YAP Xəbərləri

      YAP Gənclər Birliyinin təşəbbüsü ilə “İşğaldan azad edilmiş…

      25/12/2020

  • Siyasət
    • Siyasət

      Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq…

      23/01/202123/01/2021

      Siyasət

      Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunmuş foto müsabiqə keçirilir

      23/01/202123/01/2021

      Siyasət

      Ərdoğan: “Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını…

      23/01/202123/01/2021

      Siyasət

      Prezident SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman imzalayıb

      23/01/2021

      Siyasət

      SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib – SİYAHI

      23/01/2021

  • Sosial
    • Sosial

      Nazirlik: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər…

      23/01/202123/01/2021

      Sosial

      Azərbaycanda 162 yeni yoluxma faktı qeydə alınıb

      23/01/2021

      Sosial

      Koronavirus dondurulmuş qida paketlərinin üstundə qala bilər –…

      23/01/2021

      Sosial

      Nuran Abdullayev koronavirusla mübarizədə yeni strategiyanın tətbiq edilməsini…

      22/01/2021

      Sosial

      Göyçayda 367 nəfər koronavirusa qarşı peyvənd olunub –…

      22/01/2021

  • İqtisadiyyat
    • İqtisadiyyat

      “Dostluq” layihəsi xarici investorlar üçün cəlbedicidir

      23/01/202123/01/2021

      İqtisadiyyat

      AMB-nin valyuta ehtiyatlarının 2025-ci ilədək olan proqnozu açıqlandı

      23/01/202123/01/2021

      İqtisadiyyat

      S&P: 2021-ci ildə manatın məzənnəsi sabit qalacaq

      23/01/202123/01/2021

      İqtisadiyyat

      Quş yemlərinin idxalının ƏDV-dən azad edilməsi ilə bağlı…

      23/01/202123/01/2021

      İqtisadiyyat

      Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu növbəti 4 ildə artacaq

      23/01/2021

  • Mədəniyyət
    • Mədəniyyət

      Nizami Gəncəvi məqamı – Zakir Muradov yazır

      22/01/2021

      Mədəniyyət

      “Qətibə İnanc” tamaşası nümayiş olunacaq

      22/01/202122/01/2021

      Mədəniyyət

      Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsinə…

      22/01/202122/01/2021

      Mədəniyyət

      Kukla Teatrı azyaşlı tamaşaçılarını yenidən sevindirəcək

      17/01/2021

      Mədəniyyət

      Türk şeirinin əbədiyaşar şairi

      15/01/2021

  • İdman
    • İdman

      Millimizin oyunları Belçikada olacaq

      23/01/202123/01/2021

      İdman

      Olimpiadada iştirak edəcək bütün idmançılara peyvənd vurula bilər

      23/01/2021

      İdman

      UEFA prezidentinin AVRO-2020 ilə bağlı planı açıqlanıb

      21/01/202121/01/2021

      İdman

      Azərbaycandakı idman qurğularının sayı məlum oldu

      21/01/2021

      İdman

      AVRO-2020 üçün müsahibə mərhələsinə start verilir

      18/01/2021

  • Müsahibə
    • Müsahibə

      Təzyiqlərin məqsədi işğalçı dövləti xilas etməkdir – Naqif…

      27/10/2020

      Müsahibə

      Naqif Həmzəyev: Ermənistan dinc insanları atəşə tutmaqla barbarlığını…

      23/10/2020

      Müsahibə

      Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir…

      15/09/202015/09/2020

      Müsahibə

      Naqif Həmzəyev: Azərbaycanın milli maraqları beynəlxalq aləmdə qətiyyətlə…

      17/08/202018/08/2020

      Müsahibə

      Pərvin Kərimzadə: Azərbaycanın yeni çağırışlarları, təşəbbüsləri dünyada yüksək…

      11/07/2020

Yeni Gəncə

  • Azərbaycan
    • Azərbaycan

      Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması…

      22/01/202123/01/2021

      Azərbaycan

      Ceyhun Məmmədov: Cəbrayıldakı məscidlər, məzarlar erməni vandalizminin qurbanı…

      22/01/2021

      Azərbaycan

      20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad…

      20/01/2021

      Azərbaycan

      Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva…

      20/01/2021

      Azərbaycan

      Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində 20 Yanvar faciəsinin…

      20/01/2021

  • Gəncə
    • Gəncə

      27 yaşlı şəhidimiz Gəncədə dəfn edildi FOTO

      23/01/2021

      Gəncə

      Miri Ali və Xəyal Şahin ermənilərin Gəncə terroru…

      22/01/2021

      Gəncə

      Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi, qazi Ruhin…

      22/01/2021

      Gəncə

      Gəncənin 9 yaşlı şahmatçısı Səadət Bəşirli təltif edilib…

      22/01/2021

      Gəncə

      Gəncədə şəhid ailələri və qazilər, həmçinin erməni terroru…

      22/01/202122/01/2021

  • YAP
    • YAP Xəbərləri

      YAP İdarə Heyətinin iclası keçirilmişdir

      19/01/2021

      YAP Xəbərləri

      Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib

      16/01/2021

      YAP Xəbərləri

      Parlamentdə YAP-ın ilk ərazi təşkilatının tədbiri keçirilib

      12/01/202114/01/2021

      YAP Xəbərləri

      Sevinc Fətəliyeva: Azərbaycan dünyanın ən sürətlə inkişaf edən…

      04/01/202104/01/2021

      YAP Xəbərləri

      YAP Gənclər Birliyinin təşəbbüsü ilə “İşğaldan azad edilmiş…

      25/12/2020

  • Siyasət
    • Siyasət

      Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq…

      23/01/202123/01/2021

      Siyasət

      Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunmuş foto müsabiqə keçirilir

      23/01/202123/01/2021

      Siyasət

      Ərdoğan: “Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını…

      23/01/202123/01/2021

      Siyasət

      Prezident SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman imzalayıb

      23/01/2021

      Siyasət

      SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib – SİYAHI

      23/01/2021

  • Sosial
    • Sosial

      Nazirlik: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər…

      23/01/202123/01/2021

      Sosial

      Azərbaycanda 162 yeni yoluxma faktı qeydə alınıb

      23/01/2021

      Sosial

      Koronavirus dondurulmuş qida paketlərinin üstundə qala bilər –…

      23/01/2021

      Sosial

      Nuran Abdullayev koronavirusla mübarizədə yeni strategiyanın tətbiq edilməsini…

      22/01/2021

      Sosial

      Göyçayda 367 nəfər koronavirusa qarşı peyvənd olunub –…

      22/01/2021

  • İqtisadiyyat
    • İqtisadiyyat

      “Dostluq” layihəsi xarici investorlar üçün cəlbedicidir

      23/01/202123/01/2021

      İqtisadiyyat

      AMB-nin valyuta ehtiyatlarının 2025-ci ilədək olan proqnozu açıqlandı

      23/01/202123/01/2021

      İqtisadiyyat

      S&P: 2021-ci ildə manatın məzənnəsi sabit qalacaq

      23/01/202123/01/2021

      İqtisadiyyat

      Quş yemlərinin idxalının ƏDV-dən azad edilməsi ilə bağlı…

      23/01/202123/01/2021

      İqtisadiyyat

      Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu növbəti 4 ildə artacaq

      23/01/2021

  • Mədəniyyət
    • Mədəniyyət

      Nizami Gəncəvi məqamı – Zakir Muradov yazır

      22/01/2021

      Mədəniyyət

      “Qətibə İnanc” tamaşası nümayiş olunacaq

      22/01/202122/01/2021

      Mədəniyyət

      Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsinə…

      22/01/202122/01/2021

      Mədəniyyət

      Kukla Teatrı azyaşlı tamaşaçılarını yenidən sevindirəcək

      17/01/2021

      Mədəniyyət

      Türk şeirinin əbədiyaşar şairi

      15/01/2021

  • İdman
    • İdman

      Millimizin oyunları Belçikada olacaq

      23/01/202123/01/2021

      İdman

      Olimpiadada iştirak edəcək bütün idmançılara peyvənd vurula bilər

      23/01/2021

      İdman

      UEFA prezidentinin AVRO-2020 ilə bağlı planı açıqlanıb

      21/01/202121/01/2021

      İdman

      Azərbaycandakı idman qurğularının sayı məlum oldu

      21/01/2021

      İdman

      AVRO-2020 üçün müsahibə mərhələsinə start verilir

      18/01/2021

  • Müsahibə
    • Müsahibə

      Təzyiqlərin məqsədi işğalçı dövləti xilas etməkdir – Naqif…

      27/10/2020

      Müsahibə

      Naqif Həmzəyev: Ermənistan dinc insanları atəşə tutmaqla barbarlığını…

      23/10/2020

      Müsahibə

      Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir…

      15/09/202015/09/2020

      Müsahibə

      Naqif Həmzəyev: Azərbaycanın milli maraqları beynəlxalq aləmdə qətiyyətlə…

      17/08/202018/08/2020

      Müsahibə

      Pərvin Kərimzadə: Azərbaycanın yeni çağırışlarları, təşəbbüsləri dünyada yüksək…

      11/07/2020

GəncəTeatr

Gəncə Dövlət Dram Teatrı – 123-cü mövsüm

müəllif Hicran Məmmədova 23/03/201826/03/2018
müəllif Hicran Məmmədova 23/03/201826/03/2018
Gəncə Dövlət Dram Teatrı – 123-cü mövsüm

Böyük sənət məbədlərindən söz düşərkən Azərbaycan mədəniyyəti tarixində öz sözü və dəsti-xətti olan Gəncə Dövlət Dram Teatrından və burada ömürlərini sənətə bağlayan müqtədir sənət korifeylərindən danışmamaq, onları yad etməmək, xatırlamamaq mümkün deyil. Bu teatr 13 noyabr 1921-ci ildə “Azad Tənqid-Təbliğ teatrı” adı ilə rəsmi olaraq fəaliyyətə başlayıb. Lakin bu dövrə qədər, yəni 1895-ci ildən Gəncədə artıq kiçik teatr truppası mövcud idi. Belə ki, dövrünün mütəfəkkür və içtimai xadimləri olan Mirzə Fətəli Axundzadə və Nəcəf Bəy Vəzirovun pyesləri ilə Gəncənin bir sıra maarifpərvər insanlarının xüsusi təşkilatçılığı və həvəskarların iştirakını özuündə cəmləməklə XIX əsrin sonlarında 21 oktyabr 1895-ci ildə ilk dəfə olaraq tamaşalar hazırlanıb. 1906-cı ildə yaradılan “Gəncə müsəlman məclisi”nin bu sahədə xidmətləri xüsusi olaraq daha önəmlidir. Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildə yerli həvəskarlardan ibarət təşkil etdiyi teatrda “Ağa Məhəmməd şah Qacar”, “Dağılan tifaq” (Ə. B. Haqverdiyev), “Əl-Mənsur” (N. Heyne), “Nadanlıq” (N. Nərimanov), “Vətən” (N. Kamal) və başqa bu kimi əsərləri yeni həvəskar truppanın əsas repertuarı kimi böyük maraqla qarşılanıb. Bu illərdə Gəncədə yaşayıb yaradan maarifpərvər ziyalı, dramaturq, dövrünün mükəmməl teatr nəzəriyyəçisi kimi tanınan Mirzə Məhəmməd Axundzadə bir necə yeni dram əsərləri yazmaqla yanaşı əcnəbi müəlliflərin pyeslərini də tərcümə edərək, teatr sənətinin dövrü üçün nəzəri problemlərini özündə əks etdirən “Teatro nədir?” elmi əsərini yazaraq çap etdirib. Bütün bunlarla yanaşı həmçinin qeyd etmək lazımdır ki, 1915-ci ildə ilk dəfə olaraq Gəncədə “Qız məktəb”i tələbələrinin ilk dram truppası da yaradılıb. Müxtəlif illərdə “Qız məktəb”i tələbələrinin ilk dram truppasına rejissor Əsəd Şıxzamanov rəhbərlik edib. Burada M. C. Əmirovun “Seyfülmüllük” operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulub. Bu illərdə həmçinin həmkarlar klubu nəzdində dram dərnəyi fəaliyyət göstərib. Bu dərnək istedadlı aktyor truppası ilə yanaşı, rəngaəng repertuarı olan, lakin dövlət statusu almayan bir teatr hesab edilirdi. Həmkarlar klubu nəzdində dram dərnəyi kimi fəaliyyət göstərən bu truppada görkəmli rejissor Ədil İsgəndərov, tanınmış sənətkarlardan Barat Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev və başqaları fəaliyyət göstərib. Məhz bu truppada fəaliyyət göstərən yaradıcı kollektivin bir sıra aktyorları sonradan respublikanın digər teatrlarında uğurlu yaradıçılıq fəaliyyəti  ilə tanınmağa başlayıblar.

1932-cü ilin dekabr ayının 28-dən Gəncədə fəaliyyət göstərən teatrın tarixi XX əsrin əvvəllərində Bakıda yaradılan, 1921-ci ilin noyabr ayının 13-də görkəmli aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə “Bakı Azad Tənqid-Təbliğ Teatrı” kimi fəaliyyətə başlayan, 1925-ci ildən 1927-ci ilədək fəaliyyət göstərən “Bakı Türk İşçi və Kəndli Teatrı”nın tarixi ilə üzvü şəkildə bağlıdır. Sonradan bu teatr 1927-ci ildən 1932-ci ilədək “Bakı Türk İşçi Teatrı” kimi fəaliyyətini davam etdirib. Belə ki, məhz 1932-cü ilin dekabr ayının 28-dən bu teatrın yaradıçı kollektivi bütünlükdə Gəncəyə köçürülür və“Tənqid-Təbliğ” teatrı kimi fəaliyyətini Gəncədə davam etdirir.

Teatrın tarixinə nəzər saldıqda bu teatrın yetirməsi olan görkəmli pedaqoq və rejissor, SSRİ xalq artisti Mehdi Məmmədovun dəyərli fikirləri yada düşür: “Teatrın yaradıçılıq yoluna nəzər salanda iftixar hissi duyursan. Teatr daima müasirlik ruhu ilə yaşayıb, hər zaman müasir fikirlər irəli sürməyə can atıb.”

Gəncə Dövlət Dram teatrının şərəfli tarixinə qısaca olaraq nəzər salarkən burada ömrünü sənətə fəda edənrespublikanın əməkdar incəsənət xadimləri olan, rejissorlar Yusif Bağırovu, Həsən Ağayevi, Bəhram Əfəndiyevi, Hüseyn Sultanovu,  rejissor Nəsir Sadıqzadəni, Yusif Yıldızı, xalq artistləri İsmayıl Talıblını, Mehdi Məmmədovu, Barat Şəkinskayanı, Solmaz Orlinskayanı, Ələkbər Seyfini, Muxtar Avşarovu, Məmmədrza Şeyxzamanovu, Ələddin Abbasovu, Məhəmməd Burcəliyevi, Sədayə Mustafayevanı, Əşrəf Yusifzadəni, Rəmziyyə Veysəlovanı, Zülfüqar Baratzadəni, Vaqif Şərifovu, Pərvanə Qurbanovanı,əməkdar artistlər Əhməd Salahlını, Reyhan Tağıyevanı, Məxfurə Yermakovanı, Sadıq Həsənzadəni, Səməd Tağızadəni, Əli Rzayevi, Ağa Məmmədovu, Rza Nadirovu, Məmməd Cəfərovu, Kərim Sultanovu, Firuzə Bədirbəylini, Mənsurə Cəfərovanı, Ətayə Əliyevanı, Yusif Qazıyevi, Qurban Abbasovu, Simuzər Namazovanı, Vaqif Məmmədovu, Əli Allahverdiyevi, Faiq Qasımovu, Elxan Yunisi, İlham Hüseynovu və digərlərinin böyük sənət fədailəri olaraq səhnə fəaliyyətini xatırlamamaq mümkün deyil. Məhz bu sənət fədailəri Gəncə Dövlət Dram teatrının səhnəsində maraqlı və bitgin obrazlar qaleriyası yaradaraq teatrsevərlərin hər zaman diqqət mərkəzində olmağı bacarıblar.

Piter Abrahamsın eyni adlı romanı əsasında Karl Myufkenin “İldırımlı yollarla”, Səttar Axundovun “Dağlarda”, Səməd Vurğunun “Fərhad və Şirin”, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, İlyas Əfəndiyevin “Atayevlər ailəsi”, “Unuda bilmirəm”, “Mənim günahım”, Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ”, Şıxəli Qurbanovun “Sənsiz”, Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poeması əsasında Məmmədəli Nəsirovun “Tariyel”, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, Cəfər Cabbarlının “Almaz”, “Oqtay Eloğlu”, “1905-ci ildə” və “Solğun cicəklər”, Altay Məmmədovun “Ulduzlar görüşəndə”, “Həmyerlilər”, “Bəraət”, Aleksandr Ostrovskinin “Quduz pullar”, Uilyam Şekspirin “Otello”, “III-Ricard”, Yusif Əzimzadənin “Unutmayın”, “Aprel səhəri” və “Anacan”, Qurban Musayevin “Buhenvald harayı” və “Odlu illər”, Sabit Rəhmanın “Küləklər”, “Əliqulu evlənir”, Mixail Lermontovun “İki qardaş”, R. Radzinskinin “Sokratla söhbətlər”, İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə”, Mustay Kərimin “Odu atma, Prometey!”, Əlibala Hacızadənin “İtkin gəlin”, Maqsud İbrahimbəyovun “Cavan qadına yaraşan kişi”, Orxan Kamalın “72-ci kamera”, “Yad qızı”, Dias Valeyevin “Vicdan məhkəməsi”, Aleksey Dudarevin “Astana”, Kiril Topalovun “Məhəbbət və xəyanət”, Vladimir Kotenkonun “Dəmir pərdə”, Nazim Hikmətin “Kəllə”, Əli Səmədovun “Ölüm hökmü”, Ənvər Məmmədxanlının “Şərqin səhəri”, İmran Qasımovun “Dairəni genişləndirin”, M. Şatrovun “İnqilabi etüd”, Elcinin “Ölüm hökmü”, “Qatil”, Xəzangülün “Məhəbbətin qənimi”, N. V. Qoqolun “Evlənmə”, F.Əlyarbəylinin “Xan qızı”, “Qonşular”, N. Məmmədlinin “Cavad xan”, “Unutmaq istəyirəm”, İ. Şıxlının “Dəli Kür” romanı əsasında Mailə Muradxanlının səhnələşdirdiyi “Dəli Kür”, C. Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı”, S. Dərvişin “Fosforlu Cevriyyə”, Ş. Mehdiyevin “Sabir”, T.Cücenoğlunun “Gözəlçələr”, “Matruşka” və başqa maraqlı səhnə həyatı bəxş olunan quruluşları  Gəncə  Dövlət Dram teatrının repertuarının əsasını təşkil edir.

Təsadüfi deyil ki, Azərbaycan teatrında ilk dəfə olaraq məhz Gəncə Dövlət Dram teatrının səhnəsində Qədim Yunan dramaturgiyasına müraciət edən rejissor da məhz teatrın baş rejissoru kimi fəaliyyət göstərən, mərhum respublikanın əməkdar incəsənət xadimi Yusif  Bağırov olub. O, Evripidin “Medeya” və Sofoklun “Antiqona” faciələrini ilk dəfə olaraq məhz bu teatrın səhnəsində uğurla tamaşaya hazırlayıb. Azərbaycan səhnəsində ilk dəfə olaraq Yunan dramaturgiyasına müraciət və ilk tamaşanın tarixi Evripidin “Medeya” faciəsi ilə Gəncə Dövlət Dram teatrında 12 dekabr 1969-cu ilə təsadüf edir. Rejissor Yusif Bağırov bir neçə il sonra isə 1976-cı il dekabr ayının 11-də Sofoklun “Antiqona” faciəsinə müraciət edib. Bu quruluş da o illərdə teatr ictimaiyyəti tərəfindən böyük əks-səda ilə qarşılanıb.

Xatırlatmaq yerinə düşər ki, XX əsrin ötən 50-ci illərində Sovet ideologiyası Azərbaycan Teatr məkanında Türk dramaturgiyasına müraciət etməni qadağan edərək bu pyeslərin səhnəyə qoyulmasına imkan vermirdi. 1955-ci ildə respublikanın xalq artisti Məhəmməd Burcəliyevin təkid və tələbi ilə Gəncə Dövlət Dram Teatrının səhnəsində Nazim Hikmətin “Kəllə” pyesi hazırlanaraq ictimaiyyətə təqdim olunduqdan sonra Azərbaycan teatrında Türk dramaturgiyasına yenidən müraciətlər başlanıb. 1957-ci ildə məhz “Kəllə” pyesinin tamaşasına baxmaq üçün Nazim Hikmət Gəncəyə gəlib və çox böyük təsüratla kollektivdən ayrılıb.

Məçid Şamxalovun 4 pərdəli, 7 şəkildən ibarət olan “Qaynana” komediyası ilkolaraq Azərbaycan teatr ictimaiyyəti tərəfindən çox zəif bir pyes kimi səciyyələndirilərək səhnəyə qoyulmasının mümkünsüzlüyü bildirilirdi. İlk dəfə olaraq bu pyesə məhz 26 iyun 1957-ci ildə Gəncə Dövlət Dram Teatrında rejissor, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayevin müraciət etməsi ilə Azərbaycan teatrında cəsarətli addımın atılması həmin pyesin uğurlu səhnə həyatı yaşamasının qarantına cevrilə bilib. Azərbaycan səhnəsinin ilk Qaynanası-Cənnət arvad obrazını isə Gürcüstan Respublikasının əməkdar artisti Reyhan Tağıyeva ifa edib. Qeyd etmək lazımdır ki, məhz Həsən Ağayevin bu komediyaya müraciətindən sonra Məçid Şamxalovun 4 pərdəli, 7 şəkildən ibarət olan “Qaynana” komediyası Azərbaycan teatrlarında səhnəyə qoyulmağa başlayıb və bu pyesin motivləri əsasında ssenari müəllifləri Əjdər İbrahimov və Marqarita Maleyeva olan, quruluşçu rejissoru Hüseyn Seyidzadə, quruluşçu operatoru Fikrət Əsgərov, quruluşçu rəssamı Nadir Zeynalov və bəstəkarı Tofiq Quliyev olan “Qaynana” bədii filmi 1978-ci ildə ekranlara cıxıb.

Gəncə Dövlət Dram Teatrı və onun yaradıcı kollektivi bu gün də fəaliyyətini uğurla davam etdirir. Belə ki, 2002-ci ildə teatrın səhnəsində tamaşaya qoyulan İ. Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatının “Qran Pri” nominasiyasına layiq görülüb. 2007-ci ildə teatrın baş rejissoru İradə Gözəlovanın tamaşaya hazırladığı İ. Əfəndiyevin “Qəribə oğlan” pyesi “Gənc rejissorların teatr festivalı”nda, 2010-cu ildə isə yaradıcı kollektiv Elçinin “Ölüm hökmü” tamaşası ilə “Respublika teatr festivalı”nda uğurla cıxışlar edib. Daha sonra 2011-ci ildə Türkiyə Cümhuriyyətinin Giresun şəhərində keçirilən “Uluslararası XVII Aksu Tiyatro Festivalı”nda T. Cücenoğlunun “Gözəlçələr” pyesinin tamaşası ilə, 2011-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi “2+1” Eksperimental Tamaşalar Festivalında Kamal Abdullanın “Sərgərdan” pyesinin tamaşası ilə, 2012-ci ildə “Tuganlıq 2012” Türkdilli Dövlətlərin Beynəlxalq Teatr Festivalında, 2013-cü ildə Türkiyə Cümhuriyyətinin Konya şəhərində “Bin ses bir nefes” Uluslararası Teatr Festivalında uğurla çıxışları olub. 2013-cü ildə Gəncə Dövlət Dram Teatrı növbəti uğura imza ataraq Ukraynada keçirilən “Klassika bu gün” Beynəlxalq Teatr Festivalında rejissor İradəGözəlovanın quruluşunda N. V. Qoqolun “Evlənmə” pyesinin tamaşası festivalın “Ən yaxşı kişi rolu” nominasiyası iləPodkolyosin rolunun ifaçısı respublikanın əməkdar artisti İlham Hüseynov təltif edilib. 2014-2015-ci illərdə Gəncə Dövlət Dram Teatrı Türkiyənin Giresun şəhərində xalq artisti Vaqif Şərifovun quruluşunda Elçinin “Qatil” və əməkdar artist Faiq Qasımovun quruluşunda Xəzangülün “Məhəbbətin qənimi” pyeslərinin tamaşaları ilə Uluslararası Teatr Festivallarının iştirakçısı olub. 2017-ci ildə Türkiyə Cümhuriyyətinin Merzifon Bələdiyyəsi tərəfindən təşkil olunan “3.Uluslararası Tiyatro Festivalı”nda Əli Əmirlinin “20 ildən sonra” pyesinin tamaşası quruluşçu rejissor, respublikanın əməkdar artisti Novruz Cəfərovun quruluşunda maraqla qarşılanıb və yaradıcı kollektiv xüsusi mükafata layiq görülüb.

2015-ci ildə “20.Uluslararası Ankara Tiyatro Festivalı”na dəvət olunan Gəncə Dövlət Dram Teatrının gənc rejissoru Elşad Əhmədov “Azərbaycan Teatr Poetikası” adlı iki günlük seminar-məşğələ ilə çıxışlar edib. Həmçinin 2015-ci ildə teatrın baş rejissoru İradə Gözəlovanın quruluşunda C. Məmmədquluzadənin “Dəli yığıncağı” pyesinin tamaşası Bakı qastrolunda teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanaraq ilin yekununa görə ən uğurlu səhnə əsəri kimi qəbul olunub.

Qeyd etmək lazımdır ki, son illərdə əldə olunan bu uğurların qazanılmasında həmçinin teatrın direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımovun zəhməti və xidmətləri də əvəzsizdir. Əli Qasımov bir teatr rəhbəri olaraq hər zaman sənət axtarışlarına böyük məsuliyyət hissi ilə yanaşmasının nəticəsi olaraq bu sadalanan uğurlara yaradıcı kollektivlə birgə inamla addımlamaqdadır.

123 illik tarixi bir yol kecən Gəncə Dövlət Dram Teatrının bitməz və tükənməz sənət uğurları davam etməklə gənc nəslin formalaşdırılması və inkişaf etdirilməsində də əməli tədbirlər həyata kecirilməkdədir. Teatrın daxilində fəaliyyət göstərən Teatr studiyası bu istiqamətdə uğurlara bir imza atır. Bu studiyanın yetirmələri olan gənc aktyorlardan Murad Meyfəliyev, Sevinc Hüseynova, Elnur Abbasov, Emil Salmanov, Şəbnur Allahverdili, Rauf Hüseynov və başqaları böyük sənət məktəbində öz sələflərinin ən layiqli davamcıları kimi diqqəti cəlb edirlər.

Peşəkar Azərbaycan Teatrının 145 illiyi ərəfəsində 123-cü teatr mövsümü Gəncə Dövlət Dram Teatrının uğurlu sənət ili kimi diqqəti hər an cəlb edir. Uğurların davamlı olsun, doğma teatrım.

 

 

Anar Bürcəliyev

Teatrşünas 

0
FacebookTwitterGoogle +

Oxşar xəbərlər

27 yaşlı şəhidimiz Gəncədə dəfn edildi FOTO

23/01/2021

Miri Ali və Xəyal Şahin ermənilərin Gəncə terroru...

22/01/2021

Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi, qazi Ruhin...

22/01/2021

Gəncənin 9 yaşlı şahmatçısı Səadət Bəşirli təltif edilib...

22/01/2021

Gəncədə şəhid ailələri və qazilər, həmçinin erməni terroru...

22/01/2021

Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prossesinə başlanılıb VİDEO

21/01/2021

Qazi Elvin Xanquliyev son anda ölümdən necə xilas...

21/01/2021

“Gələcəyə Körpü” İB yeni layihəyə start verir

21/01/2021

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb FOTO

20/01/2021

YAP Gəncə şəhər təşkilatında 20 Yanvar faciəsinin ildönümü...

19/01/2021

Sosial şəbəkə

Facebook Google + Instagram Youtube

Son xəbərlər

  • 27 yaşlı şəhidimiz Gəncədə dəfn edildi FOTO

    23/01/2021
  • Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub

    23/01/2021
  • “Dostluq” layihəsi xarici investorlar üçün cəlbedicidir

    23/01/2021
  • Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunmuş foto müsabiqə keçirilir

    23/01/2021
  • Millimizin oyunları Belçikada olacaq

    23/01/2021

Haqqımızda

“Yeni Gəncə” qəzeti 1996-cı ildən fəaliyyət göstərir və ölkəmizin ictimai, siyasi, sosial və mədəni həyatında olan yenilikləri oxuculara çatdırır. Redaksiyamız Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir. “Qaynar Xətt” – (+994) 22 2563237


Facebook Twitter Google + Instagram Pinterest Youtube Snapchat

Ən son yazılar

  • 27 yaşlı şəhidimiz Gəncədə dəfn edildi FOTO
  • Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub
  • “Dostluq” layihəsi xarici investorlar üçün cəlbedicidir
  • Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunmuş foto müsabiqə keçirilir
  • Millimizin oyunları Belçikada olacaq

Redaktorun seçimi

  • 27 yaşlı şəhidimiz Gəncədə dəfn edildi FOTO

    23/01/2021
  • Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub

    23/01/2021
  • “Dostluq” layihəsi xarici investorlar üçün cəlbedicidir

    23/01/2021

Copyright YeniGence 2018