Vətəndaşlar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri ilə bağlı məsələlər haqqında məlumat almaq məqsədilə həftəiçi 5 gün (saat: 09:00-dan 18:00-dək) 146-0-2 nömrəsini yığmaqla Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər.
Qeyd edək ki, Çağrı Mərkəzinin yaradılmasının əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, daxil olan müraciətlərin cavablandırılması zamanı koordinasiyanın düzgün təşkili və proseslərin çevik idarə edilməsindən ibarətdir.