“2022-ci ilin büdcə xərclərinin 46,4 faizi birbaşa sosial təminat məsələlərinə yönəldiləcək. Gələn il dövlət büdcəsində sosial xərclərin payı 14 milyard manat olacaq” Bu sözləri SİA-ya açıqlamasında deputat, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, eyni zamanda 1,5 milyard manatlıq yəni, sosial paket təsdiq olunur və təqdim olunacaq: “1,4 milyard manat əlavə olaraq məhz həmin sosial paketin maliyyələşməsi üçün istifadə olunacaq. Fərqli istiqamətdə ayrılan vəsaitlərin həcmində artımlar proqnozlaşdırılır. O cümlədən minimum əməkhaqqı 250 manatdan 300 manata çatdırılacaq. Ehtiyac meyarı 170 manatdan 200 manata çatdırılır, yaşayış minimumunda artımlar olacaq və biz çox fərqli sosial göstəricilərdə artımların olacağını müşahidə edəcəyik”.
Vüqar Bayramov sözlərinə belə davam edib: “Artıq ikinci oxunuşda dövlət büdcəsi lahiyəsi qəbul olunub və bu ondan xəbər verir ki, artıq növbəti ildən bu ayırmalar həyata keçiriləcək. Eyni zamanda, uşaqların dünyaya gəlməsi ilə bağlı, yəni, yeni doğulan uşaqlara ödənişlə bağlı 20 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu yeni dünyaya gələn uşaqların ailələrinə birbaşa yardım formasında ödəniləcək”,
“Nəzərə alsaq ki, gələn il yüz min uşağın dünyaya gəlməsi Azərbaycanda qeydə alınır və gözlənilir ki, 2022-ci ildə orta hesabla yüz min uşaq dünyaya gələcək və həmin ailələrin uşaqları dünyaya gələn ailələrə birdəfəlik 200 manat ödəniş həyata keçiriləcək və bu da təbii ki, bu baxımdan da Dövlət Sosial Müdafiə Fondunun büdcəsində həmin vəsait nəzərdə tutulub. Bütövlükdə sosial təminat, eləcə də ünvanlı sosial yardım məşğulluq proqramı çərçivəsində dəstək alacaq ailələrin də saylarında artımların olacağı gözlənilir”.