“Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton “Formula-1” üzrə Bəhreyn Qran Prisinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, yarışı ikinci yerdə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yerdə “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas başa vurub.
Qeyd edək ki, “Formula-1″in növbəti mərhələsi 16-18 aprel tarixlərində İtaliyanın İmola şəhərində təşkil ediləcək.