Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “FilmZone” klubu fəaliyyətə başlayacaq. Martın 1-dən fəaliyyətə başlayacaq “FilmZone” klubda “Jumanji” filmi nümayiş olunacar. “Jumanji” filmi 2019-cu ildə ABŞ-da çəkilib. Fantastik janrda lentə alınan filmdə komediya səhnələri üstünlük təşkil edir. Rejissor Jake Kasdan-ın çəkdiyi film 2 saat 3 dəqiqə davam edəcək. Komediya və fantastik səhnələrlə bol olan “Jumanji”ni izləyiciləri ekran qarışına kilitləyən film də adlandırmaq olar.
Qeyd edək ki, martın 1-dən fəaliyyətə başlayacaq “FilmZone” klubunun məqsədi gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, vətənpərvər ruhun aşılanması, kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği etmək olub. Axı, şəhərin ictimai-siyasi həyatında mühüm rol oynayan gənclərin inkişafında, dünyagörüşünün formalaşmasında onların asudə vaxtlarını necə keçirmələrinin də böyük rolu var.