BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanla əməkdaşlıq üzrə 2021-2025-ci illəri əhatə edən yeni proqram hazırlayır.
“Report” xəbər verir ki, bu barədə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak məlumat verib.
Onun sözlərinə görə, proqram Azərbaycanda məhsuldarlığın artırılması, kiçik və orta biznes subyektlərinin bazara çıxışının təmin edilməsi, keyfiyyətli qidaya əlçatanlıq, kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması və digər məsələləri əhatə edəcək.
“Bununla yanaşı, balıqçılıq və meşəçilik mövzusunda da görüləcək işlər çoxdur”, – M.Çakmak əlavə edib.