Azərbaycanda 11 apreldə keçiriləcək növbədənkənar seçkilərdə “Exit poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiyası üçün təqdim etdikləri sənədlərin qəbul vaxtı müəyyənləşib.
Bu barədə növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət tədbirlərinin Təqvim Planında qeyd edilib.
Belə ki, “Exit poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiyası üçün təqdim etdikləri sənədlərin qəbulu səsvermə gününə ən azı 20 gün qalanadək yəni, martın 22-dək başa çatmalıdır.
“Exit poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbulu səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək başa çatmalıdır.