Ekologiya və Təbii Sərvətlər Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Azərbaycan nümayəndəliyinin rəhbəri Alessandro Fracasetti ilə görüş keçirilib.
Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Azərbaycan və UNDP arasında ətraf mühit sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.