Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin təşkilatçılığı ilə həyata keçirilən “EkoGənc” layihəsi çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.
Layihənin əsas məqsədi Gəncə və ətraf rayonlarda ekologiyanın qorunması, ətraf mühitlə bağlı ekoloji aksiyalarda gənclərin rolunu artırmaq və vaxtlarını səmərəli təşkil etməkdir. Eyni zamanda gənclər arasında təbiətə, ətraf mühitə sevgi hissləri aşılamaq, ekoloji aksiyalara könüllü meyllilik hissləri yaratmaq, ətraf mühitin qorunmasına dəstək olmaqdan ibarətdir.
Aksiyada Yeni Gəncə qəsəbəsində ağacəkmə üçün ayrılan boş ərazilərdə eldar şamı ağacı əkilib.