Dünya Məktəbinin şagirdləri “Gəncənin səsi” qəzeti redaksiyasında qonaq olublar. Şagirdlər əvvəlcə redaksiyanın iş şəraiti ilə tanış olublar. Qəzetin baş redaktoru “Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi mükafatları laureatı, “Tərəqqi” medallı, Prezident Mükavatçısı, Ali Media Mükafatçısı, peşəkar jurnalistRəfiqə Sadıqova onlara rəhbərlik etdiyi qəzetin yaranma tarixi, keçdiyi yol və hazırkı fəaliyyət istiqamətləri barədə danışıb.
Baş redaktor qeyd edib ki, ölkəmizin ən qocaman mətbu orqanı olan “Gəncənin səsi” 1920-ci ildə “Qırmızı Gəncə” adı ilə nəşrə başlayan, sonralar “Zərbə”, “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Kirovabad kommunisti” və nəhayət, “Gəncənin səsi” adı ilə fəaliyyət göstərən qəzet müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparıb. Milli mətbuatımızın ən uzunömürlü mətbu orqanlarından olan “Gəncənin səsi” qəzeti hər zaman Ümummilli LiderimizHeydər Əliyev ideyalarının ən böyük təbliğatçısı olub.“Gəncənin səsi”, eyni zamanda, yerli mətbuatın istiqamətləndirilməsi missiyasını üzərinə götürərək, dahi Nizami yurdunun inkişafının, yüksəlişinin, tərəqqisinin ictimai, iqtisadi və mədəni həyatının ən fəal tərənnümçüsü, güzgüsü olub. Özünəməxsus üslub və yaradıcılıq xüsusiyyətləri olan qəzetin zəngin arxivi bu gün bizə qədim şəhərin son – 104 illik tarixinə aid bilgiləri çatdırır.
Blaca qonalar zamanın soldurduğu qəzetin 104 illi arxivi ilə də tanış olarkən, sanki Gəncənin 104 il ərzində hansı ab-hava ilə nəfəs aldığının, keşməkeşlərinin, sevincinin, tərəqqisinin, sürətli inkişafının şahidi oldular.
Şagirdlər yazı materiallarının qəzet səhifələrində dərc olunana qədər qət etdikləri yolu izləməkdən çox məmnun qalıblar.
Sonda uşaqları maraqlandıran suallar redaksiya əməkdaşları tərəfindən cavablandırılıb.