Nazirlər Kabineti “Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası”nı təsdiq edib.
AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, dövlət rüsumu tutan qurumlar hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) haqq (ödəniş) tutan dövlət orqanları və Azərbaycan Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər, nəzarət Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət rüsumu üzrə daxilolmalar barədə məlumat mübadiləsinin aparılması, dövlət rüsumu ilə bağlı maliyyə sənədlərinin və hesabatlarının yoxlanılması vasitəsilə həyata keçirilən tədbirlərin məcmusudur.